Bank Of Baku

Ağ Ev Venesueladan neft almayacağını deyib

Ağ Ev Venesueladan neft almayacağını deyib
# 10 mart 2022 23:57 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları hazırda Venesuela ilə neft alışı barədə danışıqlar aparmır.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri cümə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Onlar çox böyük neft tədarükçüsüdür. Amma hazırda onların neftinin idxalı ilə bağlı aktiv söhbət yoxdur",-deyə Psaki bildirib.

Bundan əlavə Ağ Evin mətbuat katibi iddia edib ki, Venesuellada həbsdə olan iki Amerika vətəndaşının sərbəst buraxılması Vaşinqtonun Karakasa qarşı məhdudlaşdırıcı tədbirləri yumşaltması anlamına gəlməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR