Bank Of Baku

Amerika Erməniləri Milli Komitəsi Trampın “soyqırımı” ifadəsindən istifadə etməməsinə görə hiddətlənib

Donald Tramp

© APA | Donald Tramp

# 25 aprel 2025 10:40 (UTC +04:00)

Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Prezidenti Donald Trampın aprelin 24-dəki müraciətində “soyqırımı” ifadəsindən istifadə etməməsindən hiddətlənib.

APA xəbər verir ki, ANCA-nın rəhbəri Aram Ambaryan Trampın bu qərarını utancverici bir geri çəkilmə adlandırıb.

O bildirib ki, Tramp "Türkiyənin təhdidlərinə boyun əyib və məsuliyyətdən yayınmağa çalışıb".

Ambaryan, eyni zamanda, respublikaçıların “soyuq münasibətindən” gileylənərək demokratların dövründə Vaşinqtonun Ermənistana siyasi jestlər etdiyini və hüquqi çəkisi olmayan terminlərlə fəal şəkildə çıxış etdiyini xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR