Bank Of Baku

ABŞ Prezidenti: İraq OPEC-dən çıxmaq məsələsinə özü qərar verməlidir

ABŞ Prezidenti: İraq OPEC-dən çıxmaq məsələsinə özü qərar verməlidir
# 15 iyul 2026 01:52 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İraqın OPEC-də qalıb-qalmayacağına Bağdadın özü qərar verməli olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

“OPEC məsələsinə gəldikdə isə, bu, İraqın öz qərarıdır”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, İraq böyük potensiala malikdir və Amerika şirkətləri bu ölkədə iri həcmdə neft hasil etməyi planlaşdırırlar.

“İraq nefti və digər imkanları sayəsində böyük potensiala malikdir. Biz çoxlu müqavilələr bağlayacaq, hər iki ölkədə yeni iş yerləri yaradacağıq və çoxlu neft hasil edəcəyik”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Shafaq News agentliyi İraqın OPEC-in hasilat kvotasını artırmaq təklifini rədd edəcəyi təqdirdə təşkilatdan çıxmaq variantını nəzərdən keçirdiyini yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR