Bank Of Baku

Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini nəzərdən keçirəcək

Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini nəzərdən keçirəcək
# 15 iyul 2026 01:21 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yenilənmiş qanun layihəsini nəzərdən keçirəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əvvəlcə qanun layihəsinin qəbul olunma ehtimalını yüksək qiymətləndirib.

“Bunun baş verməsi üçün yaxşı şans var”, - deyə ABŞ Prezidenti bildirib.

Lakin o, Rusiyanın əsas ticarət tərəfdaşlarına, o cümlədən Hindistan və Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavab olaraq bu məsələnin hələ müzakirə olunmadığını bildirib.

“Mən bu məsələni nəzərdən keçirməliyəm. Bu, hələ müzakirə edilməyib”, - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, qanun layihəsinin əsas təşəbbüskarlarından biri senator Lindsi Qrem olub və bu təşəbbüs onun üçün xüsusi əhəmiyyət daşıyırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR