Şagirdlərin çoxu məktəbə peçenye-biskvit və ya kolbasa-çörək aparır - SORĞU

Şagirdlərin çoxu məktəbə peçenye-biskvit və ya kolbasa-çörək aparır - <span style="color: red;">SORĞU
# 28 dekabr 2016 13:37 (UTC +04:00)

Azərbaycanda məktəblilərin hansı qidaya üstünlük verdiyi araşdırılıb. Bununla əlaqədar Səhiyyə Nazirliyi İctimai İslahatlar və Səhiyyə Mərkəzi (İSİM) sorğu aparıb.

İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə APA-ya deyib ki, sorğu Bakı, Gəncə, Göyçay, Saatlı, Lənkəran, Qazax, Qax, Qubada 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında həyata keçirilib. Sorğuda 7-17 yaş arasında olan 2004 məktəbli iştirak edib ki, onlardan da 51%-i qız, 47%-i oğlandır: “Araşdırmanı aparmaqda məqsəd şagirdlərin sağlam qidalanmaya dair biliklərini müəyyən etmək olub. Bu sorğunun aparılması üçün Təhsil Nazirliyi lazımi şəraiti yaradıb. Sorğu nəticəsində şagirdlərin peçenye-biskvit (501 nəfər) və kolbasa-sosiska çörəyə (450 nəfər) daha çox üstünlük verdikləri məlum olub. Biz hesab edirik ki, bulka ilə 1 stəkan süd daha sağlam qida sayılır. Sevindirici haldır ki, uşaqlardan 512 nəfər özü ilə su gətirdiyini bildirib. Bu yaşda uşaqların su qəbul etməsi vacibdir. Sorğuda meyvə cavabını verən uşaqların sayı isə 4,3% olub. Bu, çox aşağı göstəricidir”.

S. Babazadə vurğulayıb ki, sorğuya şagirdlərlə yanaşı, 1250 valideyn və 500 müəllim də cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR