Azərbaycan tütün idxalını 21% azaldıb

Azərbaycan tütün idxalını 21% azaldıb
# 13 aprel 2018 10:06 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 23 mln. 761,04 min ABŞ dolları dəyərində tütün idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, məbləğ baxımından isə illik nisbətdə 6 mln. 486,94 min dollar və ya 21,44 dəfə azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 30 mln. 247,98 min dollar dəyərində tütün idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında tütün idxalı Azərbaycanın ümumi idxalının 1,08%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR