Tailandın keçmiş baş naziri Britaniyadan siyasi sığınacaq istəyib

Tailandın keçmiş baş naziri Britaniyadan siyasi sığınacaq istəyib
# 29 sentyabr 2017 08:15 (UTC +04:00)

Tailandın keçmiş baş naziri Yinqlak Çinavat siyasi sığınacaq üçün Böyük Britaniyaya müraciət edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda sabiq baş nazirin əvvəl rəhbərlik etdiyi partiyadan məlumat verilib.

Qeyd edək ki, Tailand Ali Məhkəməsi sabiq baş nazir Yinqlak Çinavatı kənd təsərrüfatı istehsalçılarından düyünün girov alışı üzrə dövlət proqramının reallaşdırılması zamanı səhlənkarlıqda təqsirli bilərək, sentyabrın 27-də onun beş il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Hazırda onun Dubayda olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR