Qusara 17 sm qar yağıb

Qusara 17 sm qar yağıb
# 14 yanvar 2017 08:01 (UTC +04:00)

Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.

APA-nın şimal bürosunun məlumatına görə, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.

Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.

Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR