Böyük Britaniyada ilin ən yaxşı idmançısı müəyyənləşib

Böyük Britaniyada ilin ən yaxşı idmançısı müəyyənləşib
# 19 dekabr 2016 02:46 (UTC +04:00)

BBC ənənəvi olaraq Britaniyanın ən yaxşı idmançısının adını açıqlayıb.

APA-nın xəbərinə görə, dekabrın 18-də Birmingemdə keçirilən təntənəli mərasimdə 29 yaşlı tennisçi Endi Marrey karyerasında üçüncü dəfə “İlin idmançısı” seçilib.

2016-cı ildə E.Marrey tennisçilərin dünya reytinqində 1-ci yerə yüksəlib, Rio-de-Janeyro Yay Olimpiadasının və Uimbldon turnirinin qalibi, Fransa və Avstraliya açıq çempionatlarının finalçısı olub.

BBC-nin versiyasına görə “İlin komandası” İngiltərə çempionu “Lester siti” futbol klubu seçilib. “İlin məşqçisi” adına isə adıçəkilən klubun çalışdırıcısı, italiyalı mütəxəssis Klaudio Ranyeri layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR