Elmar Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Elmar Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
# 27 noyabr 2017 14:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Elmar Rüstəm oğlu Vəliyevin II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, E. Vəliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova Prezidentin fərdi təqaüdü təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR