Bank Of Baku

Bayden: “NATO və Rusiyanın birbaşa qarşıdurması Üçüncü Dünya müharibəsidir”

Bayden

© APA | Bayden

# 11 mart 2022 19:54 (UTC +04:00)

“Biz Avropadakı müttəfiqlərimizin yanında duraraq səhvsiz bir mesaj vermək istəyirik: Biz NATO ərazisinin hər bir qarışını NATO-nun vahid və çevik gücü ilə qoruyacağıq”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ və müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

“Biz Ukraynada Rusiyaya qarşı müharibədə döyüşməyəcəyik. Rusiya ilə NATO arasında birbaşa qarşıdurma Üçüncü Dünya müharibəsidir. Biz bundan çəkinməyə çalışmalıyıq. Amma, biz bilirik ki, Putin Ukraynaya qarşı müharibəsində heç vaxt qələbə qazanmayacaq. O, Ukraynaya döyüşsüz dominantlıq etməyə ümid etdi, bacarmadı. O, Avropanın qətiyyətini bölməyə çalışdı, amma bacarmadı. O, NATO-nu zəiflətməyə çalışdı, bacarmadı. ABŞ demokratiyasını bizim mövqeyimiz baxımından parçalamaq istədi, yenə bacarmadı. Amerika xalqı birləşib, dünya birləşib və biz Ukrayna xalqının yanındayıq”, - Bayden qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR