Bank Of Baku

Bayden Qəzza danışıqlarında irəliləyiş olduğunu açıqlayıb

Bayden Qəzza danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
# 10 yanvar 2025 06:56 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden hesab edir ki, HƏMAS hərəkatının girovlarının azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda irəliləyiş əldə olunub.

APA xəbər verir ki, o bunu cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz real irəliləyiş əldə edirik. Mən bu gün danışıqlar aparan şəxslərlə görüşdüm", - deyən Bayden Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsinə toxunaraq sözlərinə belə davam edib: "Hələ də ümid edirəm ki, məhbus mübadiləsi edə bilərik. Hazırda HƏMAS belə bir mübadilənin baş tutmasına mane olur. Ancaq mən inanıram ki, buna nail ola bilərik. Biz buna nail olmalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR