Bayden: "Rəfahda əməliyyat keçirmək İsrailin səhvi olacaq"

Bayden: "Rəfahda əməliyyat keçirmək İsrailin səhvi olacaq"
# 19 mart 2024 05:49 (UTC +04:00)

İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

APA xəbər verir ki, İsrail hökuməti başçısının ofisinin məlumatına görə, söhbət təxminən 45 dəqiqə davam edib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə deyib ki, ABŞ prezidenti Netanyahuya “İsrailin Rəfahda hərbi əməliyyatlar keçirməsi perspektivindən narahat olduğunu” deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, HƏMAS-a nə Rəfahda, nə də başqa yerdə sığınacaq verilə bilər. Amma orada böyük bir əməliyyat keçirmək səhv olardı. Bu, daha çox günahsız mülki şəxslərin ölümünə səbəb olacaq, onsuz da dəhşətli humanitar böhranı daha da pisləşdirəcək və İsraili beynəlxalq səviyyədə daha da təcrid edəcək”, - deyə Sallivan Baydendən sitatını diqqətə çatdırıb.

Netanyahu Ağ Evin təklifini dinləmək üçün Vaşinqtona nümayəndə heyəti göndərməyə razılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR