Sumqayıtda Regional Vəkil Bürosu yaradılıb

Sumqayıtda Regional Vəkil Bürosu yaradılıb
# 24 fevral 2019 10:41 (UTC +04:00)

“Əhaliyə, xüsusilə aztəminatlı ailələrə hüquqi yardım göstərmək məqsədiylə Regional Vəkil büroları yaradılır. İlk olaraq, belə bir regional büro isə yaxın zamanlarda Sumqayıt şəhərində fəaliyyətə başlayacaq”.

Bu sözləri ONA-ya Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı deyib. Vəkilin sözlərinə görə, Apellyasiya məhkəmələrinin yerləşdiyi şəhərlərdə regional qurumların yaradılması nəzərdə tutulub: “İlk belə qurum isə Sumqayıt şəhərində yaranıb və qeydiyyatdan keçib. Aztəminatlı ailələrə ödənişsiz xidmət göstəriləcək. İlkin mərhələdə 11 vəkillə xidmətə başlayacaq büroda gələcəkdə vəkillərin sayının artırılması da planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR