Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib

Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib
# 19 oktyabr 2017 14:17 (UTC +04:00)

Müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına hekayə müsabiqəsi elan edilib. APA-nın məlumatına görə, müsabiqə Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi” (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) tərəfindən elan edilib.

Qaydalara və şərtlərə əsasən hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır. Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur, çap olunmuş hekayələr qəbul edilmir.

Mətnlər elektron şəkildə [email protected] və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.

I yerin qalibinə 3000 (iki mükafat), II yerin qalibinə 2000 (üç mükafat), III yerin qalibinə isə 1000 manat məbləğində mükafat təqdim ediləcək.

Qaliblər xalq yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında - Mir Cəlalın 110 illik yubileyi ərəfəsində "Ədibin Evi"ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR