Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin məhkəməsi başlayır

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin məhkəməsi başlayır
# 23 iyul 2018 13:16 (UTC +04:00)

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirli bilinən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın xəbərinə görə, onların cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib.

İttihama görə, bu il aprelin 16-da, gecə saat 03.00-da Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.

Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Həsən Mansurov və Bəxtiyar Camalovun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR