Prezident Saatlıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Prezident Saatlıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
# 28 mart 2017 09:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Saatlı rayonunda 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1368 uşaq tərbiyə alır. Rayonun tələbatını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik olmaqla 2 yeni məktəbəqədər təhsil müəssisəsi üçün binalar inşa edilib. Şəhərin Heydər Əliyev prospektində yerləşən bu körpələr evi-uşaq bağçası onlardan biridir. Burada inşaat işləri 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin dekabrında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 942,6 kvadratmetrdir. Binada 4 qrup və 4 yataq otağı var. Bu otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili üçün də hərtərəfli şərait mövcuddur. Binada tibb otağı, yeməkxana, mətbəx, camaşırxana və digər müxtəlif təyinatlı otaqlar var. Körpələr evi-uşaq bağçasında metodiki kabinet, oyun və musiqi zalları zəruri avadanlıqla təchiz edilib. Burada, ümumilikdə, 27 nəfər işlə təmin ediləcək.

Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR