Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub

Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub
# 11 may 2018 18:37 (UTC +04:00)

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.

APA-nın “Əl Ərəbiyə” telekanalına istinadən verdiyi xəbərə görə, raket Cizan şəhəri yaxınlığında vurulub.

Məlumata əsasən, raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR