Paşha Bank
Bank Of Baku

Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər

ABŞ-nin maliyyə naziri Skott Bessent

© APA | ABŞ-nin maliyyə naziri Skott Bessent

# 21 noyabr 2026 12:43 (UTC +04:00)

İran rəhbərliyi getdikcə daha çətin vəziyyətə düşür və bu Tehranın razılaşma əldə etmək üçün danışıqlar masasına qayıtmasına səbəb ola bilər.

ABŞ-nin maliyyə naziri Skott Bessent bu fikirləri “Newsmax” telekanalına müsahibəsində səsləndirib.

“Onlar yaralanmış, küncə sıxışdırılmış heyvan kimidirlər. İnanıram ki, bu vəziyyət onları özlərinin də əməl etmək istəyəcəkləri razılaşma əldə etmək üçün danışıqlar masasına gətirəcək”, – ABŞ rəsmisi vurğulayıb.

Nazir onun başına mükafat qoyulmasını ABŞ-nin İranla bağlı siyasətinin uğurunun göstəricisi kimi qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR