Bank Of Baku

Blinken: ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Blinken: ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
# 05 dekabr 2024 04:40 (UTC +04:00)

ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.

“Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə, bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsinə hazırlaşır”, - deyə o bildirib.

Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməli, qanunsuz güc tətbiqində günahkar olan məmurlar məsuliyyətə cəlb olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR