Bank Of Baku

Blinken HTŞ ilə danışıqlar aparıldığını təsdiqləyib

Antoni Blinken, ABŞ Dövlət katibi

© APA | Antoni Blinken, ABŞ Dövlət katibi

# 15 dekabr 2024 16:23 (UTC +04:00)

ABŞ Dövlət katibi Antoni Blinken yeni Suriya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə “The Guardian” məlumat yayıb.

Antoni Blinken bildirib ki, digər diplomatlarla birlikdə İordaniyada Heyət Təhrir əş-Şam təmsilçiləri ilə danışıqlar aparıblar. ABŞ Dövlət katibi danışıqların detalların açıqlamayıb.

Qeyd edək ki, ABŞ 2018-ci ildə Heyət Təhrir əş-Şamı terror qruplaşması kimi tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR