Abşeronda sərxoş piyadanı avtomobil vurub - FOTO

Abşeronda sərxoş piyadanı avtomobil vurub - FOTO
# 28 dekabr 2019 22:34 (UTC +04:00)

Abşeron rayonunda bir nəfəri avtomobil vurub, vəziyyəti ağırdır.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

40-45 yaşlı kişini (hələlik ad-soyadı bilinmir) "Mercedes" markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını 1 saylı Xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan piyada sərxoş vəziyyətdədir. O, bədəninin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR