Peterburqda metroda terror aktı ilə əlaqədar 6 nəfər həbs edilib

Peterburqda metroda terror aktı ilə əlaqədar 6 nəfər həbs edilib
# 07 aprel 2017 19:37 (UTC +04:00)

Peterburqda metroda törədilən terror aktı ilə əlaqədar 6 nəfər həbs edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sankt-Peterburqun Nevskiy rayon məhkəməsi bu gün qərar çıxarıb.

Bunlar Seyfula Xakimov, İbrahimjon Yermatov, Dilmurod Muidinov, Bəhram Yerqaşev, Azamjon Mahmudov, Məhəmmədyusuf Mirzalimov, Şohistə Kərimova və Sodiq Ortikovdur.

Saxlanılanların evlərinə baxış zamanı “Ploşad Vosstaniya” stansiyasında aşkarlanan partlayıcı qurğu ilə analoji partlayıcı qurğu aşkarlanıb.

Xatırladaq ki, Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR