ABŞ administrasiyası Venesueladakı neft layihələrində iştirak edən amerikalı iş adamı Harri Sargentin üzərində təzyiqi artırıb.
APA xəbər verir ki, “Bloomberg”in məlumatına görə, avqustun 7-də ABŞ Maliyyə Nazirliyi Sargentə məxsus “Bluewave Properties Ltd.” şirkətinin aktivlərini dondurub.
Şirkət Venesuelanın ikinci ən böyük özəl neft istehsalçısı olan “North American Blue Energy Partners”də paya sahibdir. ABŞ Maliyyə Nazirliyi eyni zamanda Sargentə biznesdən çıxmağa imkan verən xüsusi lisenziya verib.
“Bloomberg” qeyd edir ki, Sargent uzun müddət Vaşinqtonla Venesuela arasında əlaqələrin qurulmasında vasitəçi rolunu oynayıb, prezident Nikolas Maduro və digər yüksəkvəzifəli şəxslərlə görüşüb.
Lakin Maduro əməliyyat nəticəsində ələ keçirildikdən sonra onun Ağ Ev ilə münasibətləri pisləşib.