Bank Of Baku

Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub

Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
# 08 avqust 2026 13:57 (UTC +04:00)

Almaniyanın Meçerniç şəhərində Bundesverin mühüm logistika obyektinin üzərində avqustun 7-dən 8-nə keçən gecə bir neçə naməlum dronun uçuşu qeydə alınıb.

“Tagesschau” xəbər verir ki, Meçerniçdə Bundesverin “Patriot” hava hücumundan müdafiə sistemlərinin texniki xidməti və təmiri ilə məşğul olan bölməsi yerləşir.

Məlumata görə, təhlükəsizlik əməkdaşları gecə saatlarında ümumilikdə altı dron uçuşu müşahidə edib. Hadisə ilə bağlı polis və Almaniyanın təhlükəsizlik qurumları araşdırma aparır.

Meçerniçdə, yerin təxminən 130 metr dərinliyində yerləşən qorunan yeraltı obyektdə Bundesverin hərbi texnikası və ehtiyat hissələrinin saxlanıldığı anbar da var. Obyekt Almaniya ordusunun logistika sistemində mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR