Bank Of Baku

İranın Ali liderinin müşaviri: Xarici qüvvələr regionu tərk etməlidir

Əli Əkbər Velayati

© APA | Əli Əkbər Velayati

# 08 avqust 2026 13:59 (UTC +04:00)

İranın Ali lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayati regionda xarici qüvvələrin olmamalı olduğunu bildirib.

APA xəbər verir ki, Velayati “X”də paylaşdığı açıqlamada İran silahlı qüvvələrini, İran xalqının “müqavimətini” yüksək qiymətləndirib.

O, ABŞ və İsrailin “məğlubiyyətinin” xarici qüvvələrin regiondan çıxmalı olduğuna dair inamı gücləndirdiyini bildirib.

“Xarici qüvvələr regionda təhlükəsizliyin əsas amilidir və onlar regionu tərk etməlidirlər”, – Velayati yazıb.

Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə bölgənin təhlükəsizliyini özləri təmin edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR