Moskvada baş vermiş atışmada yaralanan digər FTX əməkdaşı xəstəxanada ölüb

Moskvada baş vermiş atışmada yaralanan digər FTX əməkdaşı xəstəxanada ölüb
# 20 dekabr 2019 20:31 (UTC +04:00)

Rusiya paytaxtında Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında baş vermiş silahlı insident zamanı hüquq-mühafizə orqanlarının yaralanan digər əməkdaşı xəstəxanada dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

“Atışma nəticəsində FTX-nin bir əməkdaşı hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada keçinib”, - Petrenko belə deyib.

Onun sözlərinə görə, biri mülki şəxs olmaqla, daha 5 nəfər xəsarət alıb, onların xəsarətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Lubyanka rayonunda hüquq-mühafizə orqanlarına hücum edən şəxs 39 yaşlı Moskvaətrafı rayonun sakini Yevgeni Manyurov olub.

İnsidentlə bağlı hazırda istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR