"Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib - VİDEO

"Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib  - VİDEO
# 27 aprel 2024 21:50 (UTC +04:00)

Moskvanın Basmannı məhkəməsi “Reuters” xəbər agentliyinin prodüseri Konstantin Qabovu "NavalnyLIVE" "YouTube" kanalında materiallar dərc etdiyinə görə həbs edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Reuters" xəbər agentliyinin xəbər xidmətinin prodüseri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə (ekstremist birlikdə iştirak) ittiham olunur. K. V. Qabov "NavalnyLIVE” "YouTube" kanalında yayımlanmaq üçün videomateriallar, fotoların hazırlanmasında iştirak edib. Məhkəmə onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR