Soyğunçuluqda təqsirləndirilən şəxsə 10 illik həbs cəzası verilib

Soyğunçuluqda təqsirləndirilən şəxsə 10 illik həbs cəzası verilib
# 28 sentyabr 2017 09:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, H. Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H. Quliyev Cinayət Məcəlləsinin 180-ci(soyğunçuluq) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR