Bank Of Baku

Braziliyada COP 30-un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb

Braziliyada COP 30-un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb
# 26 mart 2025 16:01 (UTC +04:00)

Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP 30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb.

APA xəbər verir ki, sənədə əsasən, COP3 0-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb.

Müəyyən edilib ki, COP 30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir.

Xatırladaq ki, COP 30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR