Bank Of Baku

Braziliyada qubernatorluğa namizəd atəşə tutulub

Braziliyada qubernatorluğa namizəd atəşə tutulub
# 18 oktyabr 2022 05:00 (UTC +04:00)

Braziliyada qubernatorluğa namizəd atəşə tutulub.

APA TASS-a istinadən xəbər verir ki, təxribatçılar siyasətçi və onun ətrafına atəş açıblar.

Hadisə San-Paulu şəhərinin cənub hissəsində baş verib.

Ölkənin hazırkı prezidentinin dəstəyini alan keçmiş nazir Tarçizio Qomez de Freitas gecəqondu bölgəsinə səfər etmək qərarına gəlib.

Polis və jurnalistlərin əhatəsində olan məmurlar peyda olanda naməlum şəxslər onlara atəş açıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Hücum edənlərdən biri öldürülüb.

Sabiq nazirin dəstəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR