Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və Silahlı Qüvvələrin Ali Komandanı vəzifəsinə təyin edilib.
APA xəbər verir ki, bu barədə çərşənbə günü “France-Presse” (AFP) məlumat yayıb.
Ölkə konstitusiyasını müvəqqəti əvəz edən Təsis Aktında deyilir: “Qoruyucu və Vətənpərvərliyin Bərpası Uğrunda Hərəkatın prezidenti dövlət başçısı və ölkənin Silahlı Qüvvələrinin Ali Komandanı kimi fəaliyyət göstərir”.
Sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.
Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, Konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin qadağan olunduğunu elan ediblər.