Vüsal Kərimli: “Nəqliyyat axını nəzərə alınmadan salınan yaşayış kompleksləri ilə bağlı araşdırma aparılmalıdır”

Vüsal Kərimli: “Nəqliyyat axını nəzərə alınmadan salınan yaşayış kompleksləri ilə bağlı araşdırma aparılmalıdır”
# 21 dekabr 2016 09:55 (UTC +04:00)

“Nəqliyyat axını nəzərə alınmadan salınan yaşayış kompleksləri ilə bağlı araşdırma aparılmalıdır”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli BNA-nın 1 illik fəaliyyəti ilə bağlı keçirilən keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

V.Kərimlinin sözlərinə görə, Bakının mərkəzi yollarında salınan bəzi yaşayış kompleksləri birbaşa əsas yola çıxır.

“Bəzən hətta elə olur ki, bir neçə məntəqənin çıxışı birbaşa yola olur. Bu da hərəkət axınına təsir edir. Bundan başqa, hər bir yaşayış kompleksi salınarkən orada yaşayacaq sakinlərin nəqliyyat əmsalı nəzərə alınmalıdır. Belə ki, hər bir yaşayış kompleksində orada yaşayacaq sakinlərin minimum 75%-ni təmin edəcək dayanacağı olmalıdır. Hal-hazırda məsələ ilə bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Yəqin ki, gələn il bununla bağlı qərarlar veriləcək”, - deyə V.Kərimli vurğulayıb.

Qeyd edək ki, Tbilisi prospektində yaranan tıxaclara əsas səbəb kimi məhz bir sıra yaşayış komplekslərinin birbaşa prospektə çıxışının olması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR