Bank Of Baku

Çe Gevaranı güllələyən hərbçi ölüb

Ernesto Çe Gevara

© APA | Ernesto Çe Gevara

# 11 mart 2022 09:52 (UTC +04:00)

1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Gevaranı öldürən boliviyalı hərbçi Mario Teran Salazar ötən gün Boliviyanın Santa Kruz şəhərində vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə "teleSUR" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, istefada olan hərbçi bir neçə il ərzində inkişaf edən ağciyər xəstəliyindən əziyyət çəkirmiş. 80 yaşlı Salazarın ölüm xəbərini Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən istefada olan general Qari Prado da təsdiqləyib.

Xatırladaq ki, 1967-ci ildə Boliviyanın hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Gevara Boliviyada tutularaq güllələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR