“DəmirBank”ın VİSA plastik kartları ilə Maldiv adalarına səyahət şansı qazanmaq mümkündür

“DəmirBank”ın VİSA plastik kartları ilə Maldiv adalarına səyahət şansı qazanmaq mümkündür
# 23 iyul 2015 07:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “DəmirBank”ın VİSA və ya VİSA Electron plastik kartları ilə Maldiv adalarına bir həftəlik səyahət şansı qazanmaq mümkündür.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, VİSA plastik kart sahibləri “GoldenPay” sistemi vasitəsilə hesab.az portalında ödəniş etməklə Maldiv adalarına səyahət şansı ilə yanaşı, 10 ədəd televizor, 10 ədəd “iPad Mini 3” və 100 ədəd 20 AZN dəyərində hədiyyə kartları qazana bilərlər.

VİSA və VİSA Electron kart sahibləri kampaniyada iştirak etmək üçün bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə 1 lotereya şansı əldə edir. 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansı 2 dəfə artır. Bir lotereya şansı yalnız bir hədiyyə üçün etibarlıdır.

Qeyd edək ki, qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi yolla seçiləcək. Qaliblərin müəyyən olunacağı lotereya tədbiri isə sentyabrın 3-də “Park İnn” otelində keçiriləcək.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR