Lənkəranda iki avtomobil toqquşub, sürücülərdən birinin həyat yoldaşı ağır xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Lənkəranda iki avtomobil toqquşub, sürücülərdən birinin həyat yoldaşı ağır xəsarət alıb - <span style="color: red;"> FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 avqust 2015 07:20 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Lənkəran-Boradigah yolunda, Şağlaser kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı, 42 BK 812 dövlət nömrə nişanlı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Lənkəran rayonunun Separadi kənd sakini, 1958-ci il təvəllüdlü Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı, 90 BO 847 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən F. Məmmədovun yanında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şəfayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə gələn yol polisinin əməkdaşları ərazidə avtoekspertiza işlərini həyata keçiriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR