Dövlət Departamenti: ABŞ Putinin andiçmə mərasimində təmsil olunmayacaq

Dövlət Departamenti: ABŞ Putinin andiçmə mərasimində təmsil olunmayacaq
# 06 may 2024 22:32 (UTC +04:00)

ABŞ Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində təmsil olunmayacaq.

APA xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Xeyr, Putinin andiçmə mərasimində nümayəndəmiz olmayacaq”, - Miller vurğulayıb.

Qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR