Bank Of Baku

Dövlət Departamenti: Faydalı qazıntılarla bağlı saziş Ukrayna münaqişəsinin həlli ilə bağlı deyil

Dövlət Departamenti: Faydalı qazıntılarla bağlı saziş Ukrayna münaqişəsinin həlli ilə bağlı deyil
# 19 aprel 2025 08:15 (UTC +04:00)

ABŞ-ın Kiyevlə faydalı qazıntılarla bağlı bağlamağa çalışdığı saziş Ukraynadakı münaqişənin nizamlanması prosesi ilə bağlı deyil.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus “Fox News”a açıqlamasında deyib.

"Bu, ayrı bir şeydir. Bu, atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, bu fəlakəti dayandıracaq razılaşmanın bir hissəsi də deyil", - o bildirib.

O həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp sazişin gələn həftənin sonuna qədər imzalanacağını ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR