Ərəb Ölkələri Liqası nəzdindəki institutun direktoru Əlyazmalar İnstitutunda olub

Ərəb Ölkələri Liqası nəzdindəki institutun direktoru Əlyazmalar İnstitutunda olub
# 09 dekabr 2016 07:09 (UTC +04:00)

Ərəb Ölkələri Liqasının nəzdində fəaliyyət göstərən Ərəb Əlyazmaları İnstitutunun direktoru Feysəl əl-Hafyan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

APA-nın xəbərinə görə, Misirin paytaxtı, Qahirə şəhərində yerləşən məşhur institutun direktoru ilk öncə M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları ilə görüşüb. Görüşü elmi məsələlər üzrə direktor müavini Paşa Kərimov açaraq eyni profilli tədqiqat müəssisəsinin rəhbərini Bakıda görməkdən məmnun olduğunu bildirib. O, Ərəb Ölkələri Liqası kimi məşhur qurumun nəzdində fəaliyyət göstərən bir institutla M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanması barədə danışıqları yüksək qiymətləndirib.

Misirli qonaq Ərəb Əlyazmaları İnstitutunun 1946-cı ildə yarandığını, Misirdə yerləşməsinə baxmayaraq, Ərəb Ölkələri Liqasına tabe olduğunu bildirib. O, institutda əlyazmaların bərpasının, kataloqlaşdırılmasının və elektronlaşdırılmasının həyata keçirildiyini qeyd edib. Qonaq Ərəb Əlyazmaları İnstitutunun hazırladığı bir neçə kitabı və kataloqu M.Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə edib.

Sonra institutun elmi işlər ürə direktor müviniAybəniz Əliyeva-Kəngərli çıxış edərək M.Füzuli adına Əlyazmalar İnstitutunun uzun müddət Əlyazmalar Fondu kimi fəaliyyət göstərdiyini, 1986-cı ildə umummilli lider Heydər Əliyevin təşəbbüsü ilə instituta çevrildiyini bildirib. O, ölkə başçısı İlham Əliyevin bu gün instituta xüsusi qayğı və diqqətlə yanaşdığını vurğulayıb.

İnstititun elmi katibiƏzizağa Nəcəfov Əlyazmalar İnstitutunun strukturlarından, institutda aparılan bərpa, kataloqlaşdırma, elektronlaşdırma və tədqiqat işlərindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR