İran səfiri: “Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”

İran səfiri: “Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”
# 10 yanvar 2017 07:55 (UTC +04:00)

“Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirlikdə xatirə kitabının açılması ilə əlaqədar açıqlamasında deyib. O bildirib ki, Rəfsəncaninin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə çox yaxşı münasibətləri olub: "O zaman Naxçıvanda xalq təzyiq və problemlə üz-üzə qalanda Rəfsəncani yardımlar etmişdi. Hətta öz şəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycanı çətin vəziyyətdən çıxarmağın yollarını müzakirə etsinlər. Dağlıq Qarabağ müharibəsi zamanı da cənab Rəfsəncani regionda sülh və barışı bərpa etmək üçün çox səylər göstərdi”.

Səfir bildirib ki, Rəfsəncaninin vəfatı ilə əlaqədar Azərbaycan nümayəndə heyəti İrana gedəcək və başsağlığını çatdıracaq. Səfir Azərbaycan-İran münasibətlərinin gündən-günə inkişaf etdiyini söyləyib: “Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR