Küveytdə şahzadə edam edilib

Küveytdə şahzadə edam edilib
# 25 yanvar 2017 13:41 (UTC +04:00)

Küveytdə şahzadə edam edilib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Şahzadə Faysal əl-Abdulla əl-Sabah öz əmisi oğlu Basil Salem Sabah əl-Salem əl-Sabahı öldürdüyü üçün 2011-ci ildə barəsində edam hökmü verilib.

Küveyt ordusunun keçmiş kapitanı olan Şahzadə Faysal əl-Abdulla əl-Sabah əmisi oğlunu evində güllələyib. Lakin o, qətlin motivlərini hələ də açıqlamayıb.

Şahzadə ilə yanaşı daha 6 nəfər də edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR