SOCAR iyulda neft hasilatını 1%-dən çox azaldıb

SOCAR iyulda neft hasilatını 1%-dən çox azaldıb
# 05 sentyabr 2017 07:58 (UTC +04:00)

Bu ilin iyul ayında SOCAR tərəfindən 631,5 min ton neft hasil edilib.

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 1,17% az, cari ilin iyun ayı ilə müqayisədə isə 3,64% çoxdur.

Bu ilin yanvar-iyul aylarında ümumilikdə SOCAR tərəfindən 4 mln. 336,9 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 1,9% azdır.


Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında 576,2 min ton, martda 624,8 min ton, apreldə 613,1 min ton, mayda 636,9 min ton, iyun ayında isə 609,3 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR