Bank Of Baku

Filadelfiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 7-yə çatıb - VİDEO - YENİLƏNİB 2

Filadelfiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 7-yə çatıb - VİDEO  - YENİLƏNİB 2
# 01 fevral 2025 22:54 (UTC +04:00)

ABŞ-nin Filadelfiya şəhərində baş vermiş təyyarə qəzası nəticəsində 7 nəfər, təyyarənin göyərtəsində olan 6 nəfər və bir yerli sakin həlak olub.

APA xəbər verir ki, bu haqda şəhər meriyasının rəhbəri məlumat verib.

O həmçinin hadisə zamanı 19 nəfərin də yaralandığını bildirib.

***

18:55

Filadelfiyanın şimal-şərqində baş verən təyyarə qəzası zamanı hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Selcan Zaurqızı

***

03:34

Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.

APA xəbər verir ki, “Fox News”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.

“Filadelfiyanın şimal-şərqindəki hava limanından yenicə qalxan təyyarədə altı nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”, - telekanal qeyd edib.

Bundan əlavə, qəza nəticəsində Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə evin yandırıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR