Azərbaycan elektrik enerjisinin ixracından gəlirini 4 dəfə artırıb

Azərbaycan elektrik enerjisinin ixracından gəlirini 4 dəfə artırıb
# 10 iyul 2017 10:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 25 mln. 98,74 min dollar dəyərində 584 min 427,36 kVt/saat elektrik enerjisi ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 434 min 804,6 kVt/saat və ya 3,91 dəfə, məbləğ baxımından isə 18 mln. 835,34 min dollar və ya 4,01 dəfə çoxdur.

Hesab dövründə elektrik enerjisi Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 6 mln. 263,40 dollar dəyərində 149 min 622,76 kVt/saat təbii qaz ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR