Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir

Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir
# 20 oktyabr 2017 08:22 (UTC +04:00)

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.


"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır. Adıçəkilən ərazidə sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişanlarına uyğun hərəkət etmələri xahiş olunur", - deyə qurumdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR