Azərbaycan və Gürcüstan limanlarının əməkdaşlığına dair memorandum imzalanıb

Azərbaycan və Gürcüstan limanlarının əməkdaşlığına dair memorandum imzalanıb
# 28 noyabr 2017 15:28 (UTC +04:00)

Tbilisidə Gürcüstanın Anaklia dərin dəniz limanı və Azərbaycanın Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq memorandumu imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, sənədi Anaklia İnkişaf Konsorsiumunun direktoru Levan Axvlediani və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov imzalayıb.

Anaklia limanı və Qazaxıstanın Kurık limanı arasında da analoji sənəd imzalanıb.

Limanlar arasında sazişlər Trans-Xəzər dəhlizinin inkişafı və Anaklia limanının inşası başa çatandan sonra yüklərin daşınması üçün rəqabətli şərtlərin yaradılmasına yönəlib.

Qeyd edək ki, Anaklia dərin dəniz limanının inşasına cari ilin dekabrın 20-də start veriləcək. Limanın 2021-ci ildə fəaliyyətə başlayacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR