Azərbaycan prezidenti avstriyalı həmkarına məktub göndərib

Azərbaycan prezidenti avstriyalı həmkarına məktub göndərib
# 25 oktyabr 2017 16:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avstriyalı həmkarı Aleksander Van der Belleni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR