Gədəbəydə ikimərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, rayonun Arıqdam kəndində ümumi sahəsi 390 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 195 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.