Bank Of Baku

İranla münaqişədə iştirak edən ABŞ aviadaşıyıcısı Tailand sahillərinə çatıb

İranla münaqişədə iştirak edən ABŞ aviadaşıyıcısı Tailand sahillərinə çatıb
# 04 oktyabr 2026 09:45 (UTC +04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin “George H.W. Bush” aviadaşıyıcısı Yaxın Şərqdə aylarla davam edən missiyadan sonra Tailandın Phuket adası sahillərinə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, “Nimitz” sinfinə aid aviadaşıyıcının göyərtəsində təxminən 4 800 hərbçi var.

Məlumata görə, gəmi İranla münaqişə dövründə Ərəbistan dənizində ABŞ-nin hərbi əməliyyatlarına dəstək verib. Aviadaşıyıcı Phuket sahillərində lövbər salacaq, heyət üzvləri isə oktyabrın 4-dən 9-dək adada istirahət edəcəklər.

Qeyd olunub ki, ötən ay ABŞ-nin digər aviadaşıyıcısı “Abraham Lincoln” da təxminən 5 min dənizçi və dəniz piyadası ilə Tailandın Laem Çabanq limanında beş günlük dayanacaq edib.

Tailand ABŞ-nin Cənub-Şərqi Asiyanın materik hissəsində müqavilə üzrə yeganə müttəfiqidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR