Bank Of Baku

Kaliforniyada atışma nəticəsində iki məktəbli yaralanıb

Kaliforniyada atışma nəticəsində iki məktəbli yaralanıb
# 05 dekabr 2024 06:34 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında, Palermo yaxınlığındakı məktəbə silahlı şəxs girərək iki məktəbliyə atəş açıb.

APA xəbər verir ki, bu barədə “NBC News” kanalı yerli polisə istinadən məlumat yayıb.

“Güllə yarası alan iki uşaq xəstəxanaya çatdırılıb, onlardan biri vertolyotla aparılıb”, - telekanal bildirib.

Atəş açan şəxsin intihar etdiyi bildirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR